Pakistanın şimal-şərqindəki Akora Hattak şəhərində yerləşən məsciddə partlayış baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, son məlumatlara əsasən, hadisə nəticəsində azı 6 nəfər ölüb, onlarla yaralanan var, onlardan 20-si xəstəxanalara çatdırılıb.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.
“Reuters” bildirir ki, partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.