RU

Pakistanda məsciddə partlayış: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Pakistanın şimal-şərqindəki Akora Hattak şəhərində yerləşən məsciddə partlayış baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, son məlumatlara əsasən, hadisə nəticəsində azı 6 nəfər ölüb, onlarla yaralanan var, onlardan 20-si xəstəxanalara çatdırılıb. 

 

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

 

“Reuters” bildirir ki, partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

 

İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.

Избранный
53
senzor.az

1Источники