Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasıda telefon danışığı olub.
Aznews.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.
Bildirilib ki, Pakistan XİN başçısı Baş nazir Şahbaz Şərifin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.