RU

Orban: “Ukraynanın Aİ-yə üzv olmaq istəyi ağlasığmazdır”

Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi ağlasığmazdır, bu, Macarıstan iqtisadiyyatını da məhv edərdi.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, ölkəsinin maraqları baxımından Ukrayna Aİ-yə üzvlüyünü əsaslandıra biləcək bir dənə də olsun, arqument gətirə bilmir. Bununla belə, o, Ukraynanın Avropaya inteqrasiyasına qarşı çoxlu arqumentlər irəli sürə biləcəyini vurğulayıb.

“Mən bunu həmişə və əbədi olaraq, heç vaxt deməyə cəsarət etmirəm, çünki tarixin nə gətirəcəyini Tanrıdan başqa heç kim bilmir, amma bir şeyi dəqiq deyə bilərəm ki, bu, indi ağlasığmazdır”, - Orban qeyd edib.
Избранный
65
sherg.az

1Источники