Azərbaycanda AĞIR QƏZA baş verdi - 5 nəfər həlak oldu, yaralılar var
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərforum APA-ya istinadən xəbər verir ki, rayonun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınları toqquşub.
İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var.
Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır.