RU

Premyer Liqa klubları “Sumqayıt”ın futbolçusu ilə MARAQLANIR

"Sumqayıt"ın futbolçusu Tresor Mossi Azərbaycan Premyer Liqasında yarışan bir neçə komandanın transfer siyahısındadır.

Bizim.Media Burundidən olan yarımmüdafiəçi istəyən klublar arasında “Neftçi” və “Araz-Naxçıvan” da var.

Məlumata görə, “Neftçi”nin baş məşqçisi Samir Abasov sabiq futbolçusunun xidmətində maraqlıdır. Naxçıvan təmsilçisi də yeni sezon üçün Mossini heyətinə qatmaq barədə götür-qoy edir.

23 yaşlı yarımmüdafiəçinin “Sumqayıt”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü ildə avqustun 3-də “kimyaçılar”la müqavilə imzalamışdı. Mossi karyerası ərzində “Ayql Noyr”(Burundi), “Vesterlo”(Belçika), “Keryenq”(Lüksemburq” komandalarında oynamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
17
2
bizim.media

3Источники