Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.
AzPost bildirir ki, yazıçı bu barədə feysbuk hesabında yazıb.
“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur. Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.
Yazıçı Müşfiq Xanın övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib.
Onun sözlərinə görə, axtarış elan edilib, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.