RU

Ramanada 2 aydır yaşayış evlərini su basır - Aidiyyəti orqanlar nə deyir? VİDEO

Qrunt suları küçələrə, həyətlərə, hətta evlərin zirzəmilərinə dolub...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Ramana qəsəbəsi ərazisindəndir.

Sakinlərin sözlərinə görə, artıq 2 aydır vəziyyət bu cürdür.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etdiklərini bildirirlər.

Vətəndaşların şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ünvanda xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması üçün layihə sənədləri hazırlanıb. Bundan başqa, müvafiq rayon sukanal idarəsinin əməkdaşları əraziyə cəlb edilir, istismar qaydalarının mümkün şərtləri çərçivəsində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi icra edilir.

Xəzər Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, ötən dövr ərzində aidiyyəti qurumlar tərəfindən lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür. Tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
76
xezerxeber.az

1Источники