RU

"WhatsApp" çökdü

"WhatsApp" mesajlaşma proqramında nasazlıq yaranıb.
 
Bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.
 
Nasazlıqlar təxminən Bakı vaxtı ilə 19:30-da qeydə alınıb. Xidmətin məlumatlarına görə, bu zaman daxil olan şikayətlərin sayı 1 300-ü keçib.
 
"Downdetector" istifadəçilərinin yarıdan çoxu (52%) mesaj göndərməkdə çətinliklərdən şikayətlənib, 37% isə serverə qoşulma problemlərindən bəhs edib. 11% isə tətbiqdə nasazlıqlar olduğunu bildirib.
 
Problemlər Rusiya, ABŞ, Almaniya, Yaponiya, Kanada, Cənubi Afrika Respublikası və digər ölkələrdə müşahidə olunub. "Meta"nın digər xidmətlərində isə heç bir nasazlıq qeydə alınmayıb.
Избранный
14
1
moderator.az

3Источники