RU

Makrondan Tramp-Zelenski davasına REAKSİYA

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında gərginliyə münasibət bildirib.

Bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir..

"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik.  Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron  deyib.

Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüşü başa çatmadan Ağ Evi tərk edib.

"Cebheinfo.az"

Избранный
111
2
cebheinfo.az

3Источники