ABŞ Prezidenti Donald Trampla gərgin görüşdən sonra Ağ Evi tərk edən Volodimir Zelenski hələ də ABŞ-dədir.
Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
O, Ağ Evin yaxınlığındakı "Hay Adams" hotelinə gedib.
"Çöldə bir dəstə qara yolsuzluq avtomobili, küçənin o tayındakı polis barrikadasının arxasında bir neçə kamera yerləşdirilib.
Orada Ukrayna bayraqları olan bir neçə adam və yaxınlıqda Müqəddəs Yəhya kilsəsinin kənarında musiqi ifa edən biri var", - agentliyin müxbiri qeyd edib.