Bakı. Trend:
Honq-Konq tibb orqanları herpes B virusundan (meymun herpesi)ilk insan ölümünü təsdiqləyib.
Trend xəbər verirki, bu barədə Şəhər Sağlamlıq Mühafizə Mərkəzi məlumat yayıb.
37 yaşlı kişi 2024-cü ilin fevralında kənd parkında vəhşimeymunların hücumuna məruz qalıb və yaralanıb. O, aprel ayındavirusa yoluxub və iyunda dünyasını dəyişib. Aparılan testlərnəticəsində meymun herpes virusu aşkar edilib.
Bu, Honq-Konqda insanda rəsmi qeydə alınmış ilk herpes B virusuyoluxma halıdır.
Mütəxəssislərin bildirdiyinə görə, virus əsasən Honq-Konqdayaşayan və bəzən aqressiv davranan makakalar arasında yayılıb.İnsana əsasən dişləmə və ya tüpürcək yolu ilə keçir. İnkubasiyadövrü təxminən bir ay çəkir, ilkin simptomlar isə qripə bənzər –qızdırma, əzələ ağrıları, yorğunluq və baş ağrısıdır.
Herpes B virusunun ölüm nisbəti 80%-ə qədər yüksəkdir, lakininsanlarda yoluxma halları olduqca nadir qeydə alınır.