"O gecə Ərdoğan Təbrizə gəlmişdimi?"
Yenisabah.az Camaran-a istinadla xəbər verir ki, bu sual İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanlanıb.
Diplomat 2016-cı il 15 iyul hərbi çevrilişi (15 Temmuz) haqqında danışarkən bildirib:
“Həmin gecə İranda 3 nəfər səhərə qədər oyaq idi: mən, şəhid Süleymani (Qasim Süleymani - red.) və əslində, əlaqəçimiz olan Ankaradakı səfirimiz. Üçümüz birlikdə koordinasiya edirdik".
Zərif çevriliş günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarə ilə Təbrizə gəlməsi idddiasına da cavab verib: "Məncə, Ərdoğanın həmin gecə Təbrizə gəlməsi ehtimalı azdır, amma o buna hazır idi. Ümid edirəm ki, türklər o çətin gecəni unutmazlar".
Telegram kanalımız