Ağ Evdəki səhnələr şokedicidir.
Modern.az xəbər verir ki, bu sözləri Almaniya parlamentinin Xristian Demokrat İttifaqı fraksiyasının sədr müavini Johan Devid Vadeful Ağ Evdə mübahisə ilə keçən Tramp-Zelenski görüşünü şərh edərkən deyib.
O qeyd edib ki, Azad Avropa Ukraynaya xəyanət etməyəcək.
"İşğal olunmuş bir ölkənin prezidentini kürəyindən necə belə bıçaqlaya bilərsən?", - alman siyasətçi bildirib.
Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib.