RU

Martdanecə gün evdə olacağıq?

Bakı. Trend:

Mart ayında Azərbaycanda həm Novruz bayramının qeyd edilməsi,həm də Ramazan ayına təsadüf etdiyi üçün 18 gün iş olmayacaq.

Trend xəbər verir ki, 20, 21, 22, 23, 24 marttarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır.

Belə ki, 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundanəlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-işgünlərinin yeri dəyişdirilib.

Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 martvə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27və 28 mart tarixlərində də iş olmayacaq.

31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin günqeyri-iş günləri siyahısına daxil ediləcək.

Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonunatəsadüf edir.

Ümumilikdə, martda 18 gün qeyri-iş günü hesab ediləcək.

Избранный
41
13
az.trend.az

10Источники