Kişi voleybolçuların Yüksək Liqasında XIII tur davam edir.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə bir matç keçiriləcək.
Qarşılaşma Sumqayıt OİK-də baş tutacaq. Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların duelində çempionatın autsayderi “Gənclər” zirvədə qərarlaşan “Murov Az Terminal”la üz-üzə gələcək.
Yüksək Liqa (kişilər)
XIII tur
1 mart
16:00. “Gənclər” - “Murov Az Terminal”
Sumqayıt OİK
1 | Murov Az Terminal | 12 | 10 | 2 | 31-7 | 30 |
2 | Xilasedici | 12 | 10 | 2 | 31-10 | 29 |
3 | Azərreyl | 11 | 8 | 3 | 27-10 | 25 |
4 | Neftçi | 13 | 6 | 7 | 21-24 | 18 |
5 | MOİK | 13 | 2 | 11 | 6-36 | 5 |
6 | Gənclər | 11 | 0 | 11 | 4-33 | 1 |
Qeyd edək ki, tura “Azərreyl”lə “Xilasedici”nin görüşü isə yekun vurulacaq.
İdman.biz