Naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.
Bununla bağlı naşir öz sosial hesabında paylaşım edib.
***
01:30
Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.
Onun sözlərinə görə, oğlu sonuncu dəfə "8 Noyabr" stansiyasında görülüb.
"Dörd ay əvvəl evdə yanğın baş vermişdi. Bu hadisəyə görə özünü günahkar hesab edib. Yazdığı məktubda belə qeyd edib. Dostlarına dərslərin çoxluğundan da narazı olduğunu deyib", − o bildirib.
Ətraflı Baku TV-nin süjetində:
28 fevral, 19:30
Tanınmış naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev itkin düşüb.
Bu barədə naşir sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, oğlu bu gün 16:15-də metronun "Avtovağzal" stansiyasında olub:
"Sonra haraya getdiyi haqqında məlumatımız yoxdur. Görənlərdən xahiş edirəm, məlumat versin. Əlaqə nömrəsi: 050 2431453, 055 7166373".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
"Cebheinfo.az"