RU

Prezident İlham ƏIiyev "Barselona" futbol klubunun prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də "Barselona" futbol klubunun prezidenti Xuan Laportanı qəbul edib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünyasəviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.

Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.


Избранный
173
49
news24.az

10Источники