RU

İki Respublikaçı senator Trampa "yox", "Zelenskiyə "hə" dedi - ABŞ və Ukrayna liderlərinin Ağ Evdəki mübahisəsi ikitirəlik yaradıb

ABŞ-nin Yuta ştatının Respublikaçılar Partiyasından olan amerikalı senator Con Körtis Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişədə ölkə Prezident Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vensi dəstəkləməkdən imtina edən azsaylı respublikaçılardan biri olub. 

“Görünür, bu gün Oval kabinetdə diplomatiya və dövlətçilik sınaqdan keçirilib. Ukrayna azad bazarlar, azad söz və azad insanlar yolunda – Qərb dəyərləri uğrunda mübarizədə müttəfiqdir. Ümid edirəm ki, ölkələrimiz danışıqlar masasına qayıdıb ədalətli və davamlı sülh perspektivlərini irəliləddə biləcəklər”, - Körtis “X” sosial şəbəkəsində yazıb. 

Ondan başqa, digər amerikalı siyasətçi, ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik də Ukraynaya dəstək ifadə edib. O, ABŞ və Ukrayna nümayəndələrinin Ağ Evdəki görüşünü “ürək parçalayan” adlandırıb. 

“Güclü, suveren Ukrayna davam edən təcavüz qarşısında qlobal sabitlik üçün çox vacibdir. Davamlı sülhə yalnız sarsılmaz güclə nail olmaq olar”, - deyə Fitspatrik bildirib(Reporet). 

MİA.AZ

Избранный
73
4
mia.az

5Источники