RU

6 nəfərİN ÖLÜM SƏBƏBİ BƏLLİ OLDU - ADLAR

Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.

Məlumata görə, “Kia”  markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı cinayət işi başlanılıb


28.02.2025 22:19

Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:


1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü

2.  Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.


3.  Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.


4.  Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.


5.  Əli Alişanov, 2000-ci il təvəllüdlü.


Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.


Избранный
121
2
azia.az

10Источники