Son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi 82% artıb.
Operativ Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov 3-cü Vergi və Mühasibatlıq Zirvəsində deyib:
"Bu islahatların keçirilməsində əsas məqsəd şəffaflığı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, eyni zamanda dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fonduna transport gəlirin həcmini azaltmaqdır".
"Son 6 ildə əmək müqavilələrinin sayında 82% artım olub. Bu dövr ərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə artıb. Bu islahatların həyata keçirilməsində əsas məqsəd həm şəffalaşmanı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, yeni iş yerlərinin yaradılması, eyni zamanda dövlət büdcəsindən transportların həcminin azaldılması idi", - o, qeyd edib.