RU

Şüvüllə tullanmada yeni dünya rekordu

Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Armand Duplantis özünə məxsus dünya rekordunu yeniləyib.

İdman.biz xəbər verir ki, isveçli atlet Fransanın Klermon-Ferran şəhərində keçirilən "All Star Perche by SCC" turnirində 6,27 m hündürlüyün öhdəsindən gəlib.

Duplantisin əvvəlki rekordu altı ay əvvəl Polşanın Xojuv şəhərində "Brilyant Liqa"da qeydə alınmışdı (6,26 m).

Qeyd edək ki, 25 yaşlı idmançı Paris-2024 Oyunlarında da dünya rekordu (6,25 m) ilə qələbə qazanmışdı.

İdman.biz

Избранный
70
3
idman.biz

5Источники