RU

Rusiya rəsmilərindən Tramp-Zelenski davasına REAKSİYA

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə baş tutan görüşünün gərgin keçməsi Rusiyada maraqla qarşılanıb.

“Cebheinfo.az” xəbər verir ki, kameralar önündə gedən debat ilə bağlı Rusiyadan bir sıra açıqlamalar gəlib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin Trampdan layiq olduğu “möhkəm şillə” aldığını bildirib. 

Dmitri Medvedev “Telegram”dakı paylaşımında, "Oval kabinetdə amansız töhmət" ifadəsindən istifadə edib.

Qeydlərində Zelenskini təhqir edən Medvedev “Kiyev rejimi”nin Üçüncü Dünya müharibəsi ilə oyunlar oynadığını iddia edib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bütün dünyaya canlı yayımlanan debat zamanı Tramp və vitse-prezident J.D.Vensin Zelenskini vurmamaq üçün özlərini saxlamasını “möcüzə” adlandırıb.

Kremlin keçmiş müşaviri və Putin tərəfdarı Sergey Markov Oval kabinetdəki müzakirənin Zelenskinin siyasi karyerasının sonunu sürətləndirəcəyini, bəzi Rusiya rəsmilərinin bir müddətdir bunu görmək istədiyini və başqa biri ilə sülh razılaşmasının daha asan olacağına inandıqlarını qeyd edib:

“Zelenski ilə Tramp arasındakı qalmaqaldan hər kəsin çıxardığı əsas nəticə odur ki, Zelenski sərhədi tamamilə keçib və mümkün qədər tez prezidentlikdən istefa verməlidir”.

Rusiya parlamentinin yuxarı palatasının sədr müavini Konstantin Kosaçyov isə bildirib ki, bu, Zelenskinin əsl simasını üzə çıxarıb:

"Zelenski bu raundu qulaqbatırıcı cingiltili bir səslə uduzdu. O, növbəti raundda dizlərinin üzərində sürünərək getməyə məcbur olacaq".

Избранный
154
31
cebheinfo.az

10Источники