RU

Joan Laporta Bakıya gəldi, İlham Əliyevlə görüşdü

İspaniyanın “Barselona” Futbol Klubunun prezidenti Joan Laporta növbəti dəfə Azərbaycana rəsmi səfərə edib.

Arena.az xəbər verir ki, o, ötən gün axşam saatlarında Bakıya gəlib.

Laportanın səfərinin məqsədi ölkəmizdə yeni akademiyanın yaradılmasıdır. La Liqa təmsilçisi yerli investorları da bu işə cəlb etmək niyyətindədir. Laporta Azərbaycana “Barselona”nın direktorları Joan Soler və Xavyer Puiqlə gəlib.

Qeyd edək ki, Laporta 2024-cü ilin noyabrında da Bakıda səfərdə olub. O, COP29 çərçivəsində ölkəmizə gəlib.

Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Barselona” Futbol Klubunun prezidenti Joan Laportanı qəbul edib. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Joan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib. Akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Joan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf də iştirak edib.

Избранный
48
arena.az

1Источники