Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə cinayət işi üzrə zərərçəkən Babək Məmmədzadə ifadə verib.
Samir İsayevin digər vəsatəti müdafiə etdiyi şəxsin istifadəsində olan telefonun anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsi ilə bağlı olub. Vəkil müvəkkilinin 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddətdə telefon danışığı, SMS yazışmaları götürülməsini xahiş edib.
Vəkil əlavə edib ki, vəsaitlər İnvest.az saytı (("InvestAZ İnvestisiya, Brokerlik və məsləhət xidmətləri ilə məşğul olan nəhəng pulların dövr etdiyi şirkətdir. Bu şirkət haqqında zaman-zaman qalmaqallar yaylılıb - MİA.AZ) üzərindən götürülüb, buna görə də həmin saytın nümayəndəsinin məhkəməyə şahid qismində çağırılmalıdır.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib.