Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Armand Duplantis özünə məxsus dünya rekordunu yeniləyib.
Bizim.Media xəbər verir ki, isveçli atlet Fransanın Klermon-Ferran şəhərində keçirilən "All Star Perche by SCC" turnirində 6,27 m hündürlüyün öhdəsindən gəlib.
Duplantisin əvvəlki rekordu altı ay əvvəl Polşanın Xojuv şəhərində "Brilyant Liqa"da qeydə alınmışdı (6,26 m).
Qeyd edək ki, 25 yaşlı idmançı Paris-2024 Oyunlarında da dünya rekordu (6,25 m) ilə qələbə qazanmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта