RU

Böyük Britaniya müdafiə sektorunu gücləndirmək üçün innovasiya mərkəzi yaradır

Böyük Britaniya müdafiə sənayesi ilə əməkdaşlıq edəcək və hərbi texnologiyaların çatdırılmasını sürətləndirəcək innovasiya mərkəzi yaradacağını elan edib.

AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, bu addım müdafiə sektorunda islahatları həyata keçirmək və iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır. Bu qərar, Baş Nazir Kir Starmerin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə, 2029-cu ildən isə 3 faizinə çatdırılması planını açıqlamasından bir neçə gün sonra gəlib.

“Dünyada mövcud vəziyyətdə milli təhlükəsizlik və iqtisadi inkişaf bir-biri ilə sıx bağlı olacaq”,- deyə, maliyyə naziri Reyçel Rivz innovasiya mərkəzinin yaradılması ilə bağlı açıqlamasında deyib.

Qeyd edək ki, keçən ilin iyul ayında iqtisadi artımı təşviq etmək vədi ilə hakimiyyətə gələn Leyboristlər hökuməti müdafiə sənayesini ixtisaslı iş yerlərinin əsas mənbəyi kimi görür. Yeni innovasiya mərkəzinin rəsmi açılışı martın 26-da keçiriləcək və mərkəzdə minlərlə iş yerinin yaranması gözlənilir.

Избранный
51
3
yeniazerbaycan.com

4Источники