RU

Kiyevdə etiraz aksiyası keçirilib

Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

Bakıvaxtı.az-ın  məlumatına görə, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki növbəti günlərdə də aksiyaları yaxınları azad olunana qədər davam etdirəcəklər./report

Избранный
51
8
bakivaxti.az

10Источники