RU

Lionel Messi: “PSJ-də hər gün bədbəxt idim”

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi Fransa nəhəngi PSJ-də keçirdiyi iki ilini zillət adlandırıb.

Arena.az məlumat verir ki, “Leo” bu barədə “Apple Music”ə müsahibəsi zamanı söyləyib:

“İnter Mayami”yə keçidim mənim üçün əla imkan oldu, xüsusilə mənim Parisdəki illərimin necə keçdiyini nəzərə alaraq. PSJ-yə keçidim haqda bu qərarı, mən çox tez qəbul etməli idim, çünki “Barselona”nı tərk etməyim gərək idi.

Bu iki il mənim üçün xoşagəlməz alındı. Mən hər gün bədbəxt idim: həm məşqlərdə, həm oyunlar zamanı. Bütün bunlara uyğunlaşmaq mənim üçün çətin idi.

İndi, harada olduğum, nə etdiyim mənə xoş gəlir. Gündəlik məşqlərim mənə xoş gəlir, oyunlarım, mənim dostlarım və ailmələ münasibətlərim. Mən bu günlə yaşamaqdan xoşbəxtəm”, deyə “Leo” məmnunluqla vurğulayıb.

Əlavə edək ki, Fransada, Messinin PSJ haqda müvafiq mövqe sərgiləməsi tənqidlə qarşılanıb. Sosial şəbəkərlədə argentinalı futbolçunu PSJ və Parisə münasibətdə nankorluqda ittiham ediblər.

Xatıradaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib.

Lionel Messi 2000-2021-ci illərdə “Barselona”nın düşərgəsində olub, kiçik bir oğlandan görkəmli oyunçuya qədər uzun bir futbol yolu keçib, çoxsaylı komanda və fərdi qənimətləri qazanıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” yeni mövsümdə 3 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 42 oyun, 36 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
164
50
arena.az

10Источники