RU

"Ocaq Sport" gimnastlarından 9 qızıl medal - FOTO

Azərbaycan bədii gimnastları İstanbulda "Ritmika Cup" keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, "Ocaq Sport" klubunun idmançıları 9 qızıl medala sahib çıxıblar.

Mişel Aniskina topla və halqada çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Suada İskakova, Nigar Məmmədzadə və Çilənay Həbibli gürzlərlə çıxışda bütün rəqiblərini qabaqlayıblar. Arina Bağırzadə və Fərəh Nəsrullayeva topla, Firuza Məmmədova isə halqada qızıl medala layiq görülüblər.

İdman.biz

Избранный
38
idman.biz

1Источники