RU

İsmayıllıda intensiv qar şəraitində yolların təmizlənməsi davam edir

Ağsu,1 mart , Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllıda ötən günün ikinci yarısında yağan qar gecə saatlarında intensivləşib və hazırda da davam edir. Qarın yağması əsas magistral və daxili yollarda hərəkəti çətinləşdirdiyindən, 9 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası səfərbər edilib.

İdarənin baş mühəndisi Fazıl Qasımov AZƏRTAC-a bildirib ki, əməkdaşlar gecə saatlarından etibarən növbəli şəkildə və fasiləsiz olaraq avtomobil yollarında təmizləmə işlərini davam etdirir. Xüsusilə İsmayıllı-Muğanlı, Qarəməryəm-İsmayıllı və İsmayıllı-Lahıc yollarında qar və buzun təmizlənməsi istiqamətində işlər görülür. Hazırda yolun hərəkət hissəsində qar yoxdur, lakin çiyin hissələrdə qarın hündürlüyü bəzi yerlərdə 70-80 sm-ə çatır.

Hazırda İsmayıllıda havanın temperaturu mənfi 5-6 dərəcədir, duman müşahidə edilir. Bu səbəbdən sürücülərə yolda diqqətli və ehtiyatlı olmaları tövsiyə edilir. Alternativ olaraq, Bakı-Qazax avtomobil yolundan istifadə etmək daha məqsədəuyğun hesab olunur.

Избранный
51
1
azertag.az

2Источники