Bu il Ramazan ayında müxtəlif ölkələrdə oruc tutma müddətləri arasındakı fərq üç saatdan az olacaq.
Far.Az-in "Haber Global"a istinadən verdiyi məlumata görə, orucun müddəti ölkənin coğrafi mövqeyindən asılıdır.
Ramazan ayının son günü olan martın 29-da ən uzun oruc Reykyavik (İslandiya) və Nuukda (Qrenlandiya) olacaq - 15 saat 52 dəqiqə.
Günün ən qısa orucu Çilinin Punta Arenas şəhərində 13 saat 38 dəqiqə davam edəcək.