Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Günün bütün oyunları qonaqların qələbəsiylə yekunlaşıb. “Boxum” evdə “Hoffenhaym”a, “Haydenhaym” Mönhenqladbax “Borussiya”sına, “Leypsiq” “Maynts”a, “Sankt Pauli” Dortmund “Borussiya”sına, “Verder” “Volfsburq”a uduzub. Səfərdə “Ayntraxt”la qarşılaşan son çempion “Bayer” də darmadağına sevinib.
24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
24-cü tur
28 fevral
Ştutqart – Bayern 1:3
Qollar: Ştiller, 34 – Olise, 45. Qoretska, 64. Koman, 90.
1 mart
Boxum – Hoffenhaym 0:1
Qol: Bişof, 72.
Haydenhaym – Borussiya (Mönhenqladbax) 0:3
Qollar: Hak, 8; 59. Nqumu, 18.
Leypsiq – Maynts 1:2
Qollar: X.Simons, 1 – Amiri, 52. Burkardt, 58.
Sankt Pauli – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 50. Adeyemi, 58.
Verder – Volfsburq 1:2
Qollar: Vayzer, 90 – Vimmer, 6; 48.
Ayntraxt – Bayer 1:4
Qollar: Ekitike, 37 – Tella, 26. Mukiele, 29. Şik, 33. A.Qarsiya, 62.
2 mart
18:30. Union Berlin – Holştayn
20:30. Auqsburq – Frayburq