“Qarabağ” Azərbaycan Kubokunun 1/4 finalında “Səbail”i mübarizədən kənarlaşdırdı.
Sportinfo.az xəbər verir ki, “köhlən atlar” yarımfinalda iştirak sayında ikinci olan komandadır.
Qurban Qurbanovun çalışdırıdığı kollektiv 20-ci dəfə bu mərhələyə yüksəlib.
Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.