RU

Bouli: “Ərzaq dükanına girib, bir hücumçu alım”, demək olmaz”

“Çelsi”nin sahibi, amerikan sahibkar Todd Bouli “zadəganlar”ın hücumçu almaqla bağlı çətinliyi haqda sualı cavablayıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, Boulinin müvafiq cavabını təqdim edir:

“Çelsi” layihəsində anlanılmayan əsas məqam – odur ki, biz uğuru illərlə ölçürük. Həm yaxın və həm də uzaq səmərə baxımından düşünmək gərəkdir. Biz bu iki amilin ahənginə və bunlara müvəffəq olmaq üçün ən yaxşı üsulun axtarılıb tapılmasına diqqət cəmləmişik. Bunun üçün tarazlıq gərəkdir.

Hücumçuları tapmaq çətindir. Siz ərzaq dükanına daxil olub: “a kişi, gəl, hələ bir hücumçu alım”, deyə bilməzsiniz. Onun əntiqə bacarıqlar dəsti, düzgün zehniyyəti və köklənməsi olmalıdır”, deyə Todd Bouli mövqeyini əsaslandırıb.

Cari mövsümdə keçirdiyi 27 oyundan topladığı 46 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Premyer Liqaya 28 oyundan 67 xalla “Liverpul” başçılıq edir.

Избранный
22
arena.az

1Источники