Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.
Bildirilib ki, ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
"Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik. Allah rəhmət eləsin!", - deyə qeyd olunub.