RU

Hemilton 8-ci titulla da kifayətlənməyəcək

“Ferrari”nin pilotu Lüis Hemilton 8-ci dünya çempionluğunu qazanandan sonra karyerasını bitirib-bitirməyəcəyi haqda danışıb:

“Daha bir titul qazana bilsəm, – sözsüz, bu əsas hədəfimdi – bununla kifayətlənmək niyyətim yoxdu. Dünya çempionatının qalibi olan iki komanda ilə əməkdaşlıq etmişəm. Qalib komandanın üzvlərinin özünü necə hiss etdiyini bilirəm. “Ferrari”də elə ehtiras var ki, bunu başqa heç yerdə görməzsiz. “Ferrari”nin qələbə üçün hər şeyi var”.

Xatırladaq ki, 2024 mövsümü başa çatandan sonra Hemilton “Mersedes”dən “Ferrari”yə keçib. Britaniyalı ötən mövsüm şəxsi hesabda 7-ci yeri tutub.

Maraqlıdı ki, “Maklaren”in baş direktoru Zak Braun da qarşıdakı mövsümün favoritlər haqda danışarkən məhz Hemilonun adını çəkib:

“Hemiltonun çempionluq uğrunda mübarizə aparacağına əminəm. Mənə elə gəlir ki, biz və “Ferrari ötən mövsümün sonunda bərabər gücdəydik. Yeni mövsümdə də bu iki komanda, “Mersedes” və “Red Bull” komanda hesabında birincilik üçün yarışacaq. Düşünmürəm ki, bizlə “Mersedes”, “Ferrari” və ya “Red Bull” arasında böyük güc fərqi var”.

“Maklaren” 2024 mövsümündə 1998-ci ildən bəri ilk dəfə Mühəndislər kubokunuqazanıb. 2-ci yeri “Ferrari”, 3-cü yeri “Red Bull”, 4-cü yeri isə “Mersedes” tutub.
Избранный
56
football-plus.az

1Источники