RU

Tramp ingilis dilini ABŞ-ın rəsmi dili kimi tanıyan fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp ingilis dilini ölkənin rəsmi dili kimi tanıyan fərman imzalayıb.

 

Ağ Evin Mətbuat xidməti sənədin mətnini yayıb.

 

“Bu sərəncam ingilis dilini ABŞ-ın rəsmi dili kimi müəyyən edir”, - sənəddə deyilir.

 

"Müstəqillik Bəyannaməsi və Konstitusiya da daxil olmaqla, tarixi idarəedici sənədlərimiz ingilis dilində yazılıb. Buna görə də ingilis dilinin ABŞ-ın rəsmi dili elan edilməsi çoxdan zəruridir", - fərmanda deyilir.

 

Görülən tədbirlərin ölkə vətəndaşları üçün birliyə və ortaq Amerika mədəniyyətinin formalaşmasına təkan verəcəyi vurğulanır.

 

Sərəncam həmçinin məhdud ingilis dili biliyi olan şəxslərin xidmətlərə çıxışını yaxşılaşdırmaq üçün 2 000 sənədi ləğv edir.

 

“Report” ABŞ-ın Siyahıyaalma Bürosuna istinadən xatırladır ki, amerikalıların 78 %-dən çoxu gündəlik həyatlarında yalnız ingilis dilində danışırlar. Bununla belə, milyonlarla Amerika vətəndaşı və ölkəyə köçmüş insan Vyetnam, İspan və Çin kimi digər dillərdə də danışır. Məsələn, ispan dili ölkə əhalisinin təxminən 13 %-i üçün əsas dildir.

Избранный
13
5
senzor.az

6Источники