Yazını böyüt
Yazını kiçilt
İspaniya La Liqasının "Real Betis"lə keçirilən XXVI tur oyunu "Real Madrid"in futbolçusu Vinisius üçün əlamətdar olub.
Hafta.az xəbər verir ki, 25 yaşlı braziliyalı hücumçu "kral klubu"nun heyətində 300-cü matçına çıxıb. O, bu qarşılaşmalarda 102 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Görüş "Real Betis"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.