Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
Bu barədə AQF məlumat yayıb.
Bildirilib ki, o ötən gün vəfat edib.
Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.
Tarix: 2 Mart 2025, 12:23