RU

Dilan və Engin Polat yenidən həbs edildi

İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat barəsində "Narkotik maddələrdən istifadə və saxlanılması" ittihamı ilə yeni istintaqa başlayıb.

Far.Az xəbər verir ki, istintaqın başlanmasına səbəb sosial şəbəkələrdə yayılan görüntülər olub. Videoda narkotik maddələrdən istifadə edən şəxslər və həmin kadrları lentə alan Dilan Polat yer alıb. Məhz bu səbəbdən prokurorluq cütlüyün saxlanılmasına qərar verib.

Gecə saatlarında polislər tərəfindən saxlanılan Dilan və Engin Polat əvvəlcə təhlükəsizlik tədbirləri çərçivəsində xəstəxanaya aparılaraq tibbi müayinədən keçib. Daha sonra isə İstanbul Polis İdarəsinə gətirilib.

Qeyd edək ki, Engin Polat saxlanılmadan öncə sosial şəbəkədə paylaşdığı videoda emosional çıxış edərək bunları deyib:

"Mən artıq yaşaya bilmirəm. Bizimlə bağlı həbs qərarı var. Gəlin, saçımı, qanımı, sidiyimi – hər şeyimi yoxlayın. Canımı da alın, amma məni rahat buraxın! Artıq bu böhtanlara tab gətirə bilmirəm. Bezmişəm!"

Избранный
16
9
far.az

10Источники