RU

Xosep Qvardiola “Plimut” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun 1/8 finalında “Plimut Arqayl” üzərində əzmkar qələbəni şərh edib.

Arena.az “City Xtra” dərgisinə istinadən məlumat verir ki, “şəhərlilər” doğma meydanda keçirilmiş oyunda ilk qolu buraxsalar da, yekunda 3:1 hesablı əzmkar qələbə sayəsində növbəti mərhələyə adlayıblar.

İspan mütəxəssis “şəhərlilər”in qələbəsində komandanın 33 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröynenin oyununu xüsusilə qiymətləndirib, futbolçu qol və məhsuldar ötürmə ilə fərqlənib:

“Plimut”a böyük tərif: onlar bizim tapşırığımızı xeyli çətinləşdirdilər və inanılmaz dərəcədə yaxşı təşkilatlanmışdırlar. Amma mən hesab edirəm ki, biz əla oyun keçirdik.

De Bröyne – heç şübhəsiz ki, “Mançester Siti” tarixində üç-beş ən görkəmli oyunçudan biridir. O, yaxşı oynadığı zaman, mən dünyada ən xoşbəxt adam oluram. O, həm mənə, həm də komandaya çoxlu fayda gətirib”, deyə “Pep” məmnunluqla vurğulayıb.

Xosep Qvardiola “şəhərlilər”in niderlandlı mərkəz müdafiəçisi Natan Akenin zədələndiyini də bildirib:

“İndi biz, yenə də uzun müddətə mərkəz müdafiəçisiz qaldıq. Biz Natan üçün darıxacağıq”, deyə Pep vurğulayıb.

Qeyd edək ki, Ake İngiltərə Kubokunun 1/8 finalında “Plimut Arqayl”la oyunda (3:1) zədələnərək, ilkin təxminə görə, xeyli müddətə sıradan çıxıb. Zədənin şiddət dərəcəsi və futbolçunun bərpa müddəti ilə bağlı məlumat, Akenin əsaslı tibbi müayinəsindən sonra rəsmən açıqlanacaq.

Xatırladaq ki, Qvardiola müdafiəçi Akeni sözügedən oyunun 45-ci dəqiqəsində əvəzləməyə məcbur olub.

Bu arada “Pep” klub rəhbərliyinə, yeni müdafiəçiləri satın aldığı üçün təşəkkür edib:

“Mən kluba, Abdukodir Xusanov və Vitor Reysi satın aldığı üçün elə minnətdaram ki… əks halda, bizim növbəti mövsüm üçün Çempionlar Liqasına düşmək və İngiltərə Kuboku uğrunda mübarizə aparmaq imkanımız olmazdı. Bu, mümkün olmazdı! Bizim ixtiyarımızda ancaq Ruben Dias qalardı”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl zədə səbəbindən “şəhərlilər”in iki müdafiəçisi – ingilis futbolçu Con Stounz və isveçrəli futbolçu Manuel Akanci sıradan çıxmışdı.

Избранный
16
arena.az

1Источники