RU

Vatikan: Papa Fransiskin vəziyyəti sabitdir

Vatikan, 2 mart, AZƏRTAC

Xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin vəziyyəti sabitdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Papanın klinik vəziyyəti sabitdir, ötən gün hər hansı bronxospazm keçirməyib. Ona yüksək axınlı oksigen terapiyası ilə alternativ qeyri-invaziv mexaniki ventilyasiya tətbiq edilib. Fransiskin hərarəti yoxdur, leykositoz müşahidə olunmayıb və hemodinamik parametrlər sabit qalıb. Papa mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçib, yaxşı dincəlib və xəstəxanadakı kilsədə təxminən iyirmi dəqiqə dua edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Избранный
131
11
azertag.az

8Источники