Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb.
Viral.az-ın məlumatına görə, TƏBİB-dən “Report”a bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.
Son Yazılar:
- Biləsuvarda ov tüfəngi ilə vurulan şəxsin vəziyyəti AÇIQLANDI
- İran parlamenti iqtisadiyyat nazirini vəzifəsindən UZAQLAŞDIRDI
- Bu şagirdlər imtahandan UZAQLAŞDIRILDI
Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu gün Biləsuvarda Raul Quliyev həmkəndlisi Elməddin Cəfərovu ayağından tüfənglə vurub.