RU

Myanmada avtobus dərəyə aşıb: Ölənlər və yaralılar var

Myanmanın şərqində yerləşən Şan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 7 nəfər ölüb.

“Report”un “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Myanma Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə şənbə günü yerli vaxtla saat 20:00 radələrində Kenqtunq şəhərində baş verib.

Qəzada yaralanan 25 sərnişin yerli xəstəxanalara çatdırılıblar.

"Cebheinfo.az"

Избранный
117
6
cebheinfo.az

7Источники