RU

İnternet modemi evi külə çevirdi - FOTO

Biləsuvar rayonunun Bəydili kəndində fərdi yaşayış evində yanğın baş verib. 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus, ümumi sahəsi 64 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı ev yanaraq tamamilə külə dönüb.
 
Hadisə yerinə dərhal Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki yanğınsöndürən texnikası cəlb edilib.
 
Lakin yanğının güclü olması səbəbindən evi xilas etmək mümkün olmayıb.
 
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində başlayıb. Faktla bağlı araşdırma aparılır.
 
 
 
 
Избранный
86
5
moderator.az

10Источники