RU

İngiltərə və Fransa Ukrayna ilə birgə işləyəcəklər

İngiltərə Baş naziri Kir Starmer, Ukrayna ilə Fransa və bir-iki ölkə ilə müharibəni bitirmək planı üzərində işləmək üçün razılığa gəldiklərini və bunun daha sonra ABŞ ilə müzakirə ediləcəyini bildirib.

İki sahil” xəbər verir ki, bunu BBC-yə müsahibəsində Starmer Vaşinqtondakı ofisində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında müzakirəni izlədiyini deyib və əlavə edib: "Heç kim bunu görmək istəmir. Mən o gün dərhal prezident Trampa və prezident Zelenskiyə zəng etdim. Çünki fikrimcə, Avropa və Böyük Britaniyanın təhlükəsizliyi və müdafiəsi üçün vacib olan Ukraynada davamlı sülhə diqqət yetirməliyik".

Starmer, kameralar önündə gərginliyin artdığı müzakirəni heç kimin görmək istəmədiyini təkrarlayıb və həmin gün Tramp və Zelenskidən başqa Fransa prezidenti Emmanuel Makronla da danışdığını söyləyib.

Danışıqlarda məqsədinin tərəflər arasında körpü rolunu oynaması olduğuna diqqət çəkən Starmer deyib: "Ukrayna ilə İngiltərə, Fransa və yəqin ki, bir və ya iki başqa ölkə ilə müharibəni dayandıracaq bir plan üzərində işləmək üçün razılaşdıq. Bu planı daha sonra ABŞ ilə müzakirə edəcəyik".

Tramp-Zelenski müzakirəsindən narahatlığını ifadə edən Starmer, Trampın da Ukraynadakı müharibəni bitirmək istədiyini bildirib.

Kir Starmer Rusiya prezidenti Vladimir Putindən başqa hər kəsin buna inandığını ifadə edərək, "Buna görə də dünən gecə bir addım atdıq və müharibəni bitirmək üçün bir plan üzərində işləməyə başladıq. ABŞ ilə daha sonra müzakirə edəcəyimiz bu plan, cümə günü (Tramp-Zelenski müzakirəsi günü) qaldığımız yerdən irəliyə doğru əhəmiyyətli bir addımdır", - deyib.

Heç kimin, xüsusilə ukraynalıların müharibənin davam etməsini istəmədiyini qeyd edən Starmer, deyib: "Bu, bizim milli maraqlarımıza uyğun deyil".

O, Trampın Ukraynadakı müharibəni sona çatdıracağını iddia etdiyi razılaşmanın daimi sülhü hədəflədiyini bildirib və keçən həftə görüşlərində ABŞ prezidenti ilə bu razılaşmanı müzakirə etdiklərini açıqlayıb.

Starmer Zelenskinin hər hansı razılaşma ilə bağlı narahatlığına da toxunub: "Siz pozulacaq bir razılaşma əldə edə bilməzsiniz. Bu, prezident Zelenskinin də narahatlığıdır. O, bunu çox açıq deyir. Bundan əvvəl Minsk razılaşmaları var idi, lakin vədlər yerinə yetirilmədi. Zelenski haqlıdır ki, saxlanılacaq bir razılaşma olmalıdır. Əgər razılaşma olacaqsa, biz bu razılaşmanın qorunması üçün lazımi təminatları ətraflı müzakirə etmişik".

Starmer Ukraynasız Ukrayna ilə bağlı danışıqların mümkün olmadığını təkrar edərək, əlavə edib: "Əgər razılaşma olacaqsa, münaqişəni dayandırmalı və qorunmalıdır. Əgər müvəqqəti fasilə olacaqsa, Putin geri qayıdacaq. Bu, keçmişdə də olub. Məncə, risk var. Ona görə də əmin olmalıyıq ki, razılaşma müvəqqəti deyil, daimi olsun".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
176
50
ikisahil.az

10Источники