RU

Rusiyada ticarət mərkəzində ATIŞMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində yerləşən "Krasnıy kit" ticarət mərkəzində atışma olub.
Oxu.Az Rusiya "Telegram" kanallarına istinadla xəbər verir ki, insident nəticəsində üç nəfər yaralanıb.
Məlumata görə, naməlum şəxs ticarət mərkəzinin mühafizəçiləri ilə mübahisə etdikdən sonra tapançadan atəş açıb.
Bu əsnada ticarət mərkəzinə gələnlər arasında təşviş başlayıb və onlar təcili oradan qaçmağa başlayıblar.
Hadisə yerinə gələn polis əməkdaşları atəş açmış şəxsi saxlayıblar.
Fakt üzrə araşdırma aparılır.
Избранный
222
50
oxu.az

10Источники