Paytaxtda məktəb direktorları ilə görüş keçirilib
Referans.az Ajans.az - a istinadən xəbər verir ki, BŞTİ-nin təşkil etdiyi görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması və PISA 2025 tədqiqatı müzakirə olunub.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə nəzarətin və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. MÜTDA-nın nümayəndələri vətəndaş müraciətlərinin həlli, “Rəqəmsal məktəb” platforması və PISA 2025-də uğurlu nəticələrin əldə edilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Xüsusilə, 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi vurğulanıb.
Sonda məktəb direktorları ilə aktual məsələlər müzakirə edilib, suallar cavablandırılıb, tövsiyələr verilib.