Sərbəst güləşin üçqat Olimpiya çempionu Buvaysar Saitiyev 49 yaşında dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, idmançı martın 11-də 50 yaşını qeyd etməli idi, amma qəflətən vəfat edib.
Saitiyev 1996, 2004 və 2008-ci illərdə Olimpiya oyunlarında iştirak edib, altı dəfə dünya, doqquz dəfə isə Avropa çempionu olub. Karyerasını tamamladıqdan sonra isə Rusiya Dövlət Dumasında Dağıstanı təmsil edərək millət vəkili seçilib.
Telegram kanalımız